Britaniyalı aktyor İdris Elba ABŞ-ın People jurnalı tərəfindən Yaşayan Ən Seksual Kişi adına layiq görülüb.
Bazar ertəsi efirə gedən "The Tonight Show Starring Jimmy Fallon" verilişində Elbanın bu ilin qalibi olduğu açıqlanıb.
Elba bu həftə ərzində məqalənin yayımlanacağı People jurnalına müsahibəsində bildirib ki, bu ada layiq görülməsi onun təəccübünə səbəb olmaqla yanaşı, həm də eqosunu gücləndirib.
Luther serialda baş rolun ifaçısı, 46 yaşlı aktyor bu ilin əvvəllərində model Sabrina Dovreyə evlənmək təklif edib.