Accessibility links

84 yaşlı şəxs Fransada məscidə silahlı hücum edib


Bazar ertəsi Fransanın cənub-qərbindəki Bayonne şəhərindəki bir məscidə atəş açmaqda şübhəli bilinən şəxsin həbs edildiyi bildirilir.

İki nəfər, 74 və 78 yaşlarındakı şəxslər məscidi yandırmaq istəyən şəxsə mane olmağa çalışarkən ağır yaralanıb.

Hücumçu ərazidən qaçarkən avtomobili yandırmağa nail olub.

“Şübhəli milli polis tərəfindən həbs edilib. Mənim düşüncələrim qurbanlar və onların ailələri ilədir” deyə Fransanın daxili işlər naziri Christophe Castaner Twitter səhifəsində bildirib.

Polis mənbələrindən alınan məlumata görə, 84 yaşlı şübhəlinin ultra-sağçı qüvvələrlə əlaqəsi olub. Başqa bir mənbə isə həmin şəxsin 2015-ci ildə Marine Le Penin `Milli Nümayiş` partiyasından seçkilərdə namizəd olduğunu bildirib.

Marine Le Pen məscdiə hücumu pisləyib.

"Bu hücum bizim hərəkatın bütün dəyərlərinə ziddir," o deyib.

Polis şübhəlinin avtomobilindən tapança tapıldığını bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG