Accessibility links

25 yaşlı fermer namizəd [Video]


25 yaşlı fermer namizəd
please wait

No media source currently available

0:00 0:02:34 0:00

25 yaşlı fermer namizəd

Britni Conson fermerlərin qarşılaşdığı çətinlikləri aradan qaldırmaq istəyir.

25 yaşlı qoyunçuluq fermeri Britni Conson 8a dairəsindən Minnesota Ştat Assambleyasına namizədliyini irəli sürüb.

Minnesota Ştat Assambleyasına namizəd Britni Conson:

Mənim adım Britni Consondur, mən Andervudun şimalında fermerliklə məşğul oluram və mən ilk dəfə olaraq Minesota Ştat Assambleyasına 8a dairəsindən namizədəm.

Demokratik Fermer Əmək partiyası Minnesotanın kənd ərazilərində yaranıb. Partiyanın burada dərin kökləri var. Düşünürəm ki, bizim bu partiyanı bərpa etmək şansımız var. Bu partiya Minnesotanın kənd əhlinə köməklik edir.

Mənim heç bir siyasi agendam yoxdur. Cəmiyyətimizə kömək edə biləcək, daha yaxşı şərait yaratmağımıza dair hər hansı uğurlu fikri olan hər kəslə işləməyə hazıram.

Mən Perhamda bütün günü işləyirəm və həftə sonları Ferqus Folzda yerləşən Flit Fermasında çalışıram. Bilirsiniz ki, bir çoxları öz tələbatlarını ödəmək üçün iki və üç işdə, ümumilikdə həftədə 60-70 saat işləmək məcburiyyətindədirlər. Lap mən öz fermamda ikinci işdə işlədiyim kimi.

Namizədliyimi irəli sürməkdə bir neçə səbəb var. Cavan fermer olaraq, ümumilikdə fermer icmasında, mən tam gün ərzində fermada işləmək istərdim.

Qarşılaşdığımız çətinliklərdən biri səhiyyə xidməti xərcləridir.

Əhali sağlam olmalıdır, biz heyvanlarla, maşınlarla işləyirik.

Xüsusən də, fərdi sığorta bazarında əlçatan qiymətə sığorta əldə etmək fermerlər üçün olduqca çətindir. Sığorta haqqı və müayinə çıxımları olduqca bahadır. Buna heç bir səbəb yoxdur. Biz özümüz bunun öhdəsindən gəlməliyik və səhiyyə xidmətini yerli kənd əhalisinin büdcəsinə uyğunlaşdırmalıyıq.

Ən böyük problemim, bir Allah bilir, qoyunlarımı bir yerdə saxlamaqdır.

Son zamanlar o qədər tez-tez aradan çıxırlar ki, bu..bu.. bu sadəcə çətindir.

Fermada işləməklə namizədlik arasında qalmışam… ooo görün nə böyük arıdır.. tozlandırıcıların burda olması çox yaxşıdır…

Aman Allahım, düşünürəm ki, bilmirəm - sadəcə çox yorğunam, görüləsi o qədər iş var ki. Amma hər şey yaxşı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG