Accessibility links

10 yaşlı qızın öldürülməsi cinayət işi üzrə məhkəmə zərərçəkmiş tərəfin ifadəsi ilə davam etdirilib


10 yaşlı qızın öldürülməsi cinayət işi üzrə məhkəmə zamanı qarşıdurma
10 yaşlı qızın öldürülməsi cinayət işi üzrə məhkəmə zamanı qarşıdurma

Bu gün, iyulun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Növbəti məhkmə iclası iyulun 11-nə təyin edilib.

Bugünkü iclasda zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev məhkəmədə ifadəsini davam etdirib.

Vəkil Əlibala Rzayev bidlrib ki, Şərif Quliyevin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında çox ciddi ziddiyyətlər var.

“Biz ziddiyyətlərlə bağlı Şərif Quliyevə suallar ünvanladıq, Hələ araşdırılası çox sayda məsələlər var,” vəkil qeyd edib.

Bu zaman məhkəmə binasının qarşısında toplaşan tərəflər arasında qarşıdurma baş verib.

İlkin Süleymanovun onlarla tərəfdarı məhkəmə binasının qarşısında olub. Zərərçəkmiş tərəfin isə bir neçə tərəfdarı məhkəmənin qarşısına toplaşıb. Tərəflər arasında qarşılqlı çəkişmənin fiziki təzyiqə keçməməsi üçün polis onların arasında sədd çəkib, qarşıdurmaya gedənləri aralayıb.

İlkin Süleymanovun çoxsaylı tərəfdarı olan kənd camaatı onun günahsız olduğunu və şərləndiyini bildirib.

“Biz, kənd camaatı İlkini müdafiə edirik və onun günahsız olduğunu bilirik. Günahkarların kim olduğunu da bilirik. Bu səbəbdən ədalətin bərpa olunması, həqiqi günahkarın qanun qarşısında cavab verməsinədək mübarizə aparacağıq,” sakinlərdən biri deyib.

İlkin Süleymanovun ailə üzvlərindən biri bugünkü məhkəmə iclasından razı qaldığını deyib.

“Hakim həqiqətin üzə çıxarılması istiqamətində düzgün araşırma üçün şərait yaratdı,” o qeyd edib.

10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı İlkin Süleymanovun saxlanıldığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihamlar sübut olunsa, Süleymanov 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG