Accessibility links

8 yaşlı qvatemalalı oğlan uşağı ABŞ nəzarətində ikən ölüb


ABŞ-ın mühacirət rəsmiləri hökumətin nəzarətində olan 8 yaşlı qvatemalalı oğlanın öldüyünü bildirib. Onun ötən gecə dünyasını dəyişdiyi deyilib.

Gömrük və Sərhəd Mühafizə İdarəsinin məlumatında deyilir ki, uşaq qızdırma və soyuqdəymə simptomları ilə xəstəxanaya çatdırılıb, lakin heç bir dərman verilmədən geriyə qaytarılıb.

Uşağın bir gün sonra xəstəxanaya ürəkbulanması və qusma ilə gətirildiyi bildirilir.

İdarə bundan əlavə məlumat verməkdən imtina edib və daha sonra daha ətrfalı açıqlama veriləcəyini deyib.

Bundan əvvəl 7 yaşlı qvatemalalı qız nəzarətə alındıqdan sonra ölmüşdü.

XS
SM
MD
LG