Accessibility links

10 yaşlı yəzidi oğlanın həyat hekayəsi


Suriya-Türkiyə sərhəd bölgəsindəki düşərgədə kimsəsiz uşaqlara sahib çıxan Rami Qaddor 2018-ci ildə olduqca zəif və qorxu içərisində olan Hoqer adlı oğlan uşağının yetimlər yuvasına atıldığını yada salır.

"10 yaşlı bu uşaq əvvəllər heç kimlə danışmır, ətrafındakı insnalrın etibarını qazanmağa çalışırdı" - deyə, Rami Qaddor bildirib.

"Hər həftə sonu uşaqları qohumları ziyarət edirdi. Hogerin yanına gələn olmurdu. Mən onu evimə aparır, həyat yoldaşım və uşaqlarımla birlikdə olmasını istəyirdim" , Qaddor Amerikanın Səsinə bildirib.

Qaddor onun qayğısına qalır, uşaqlarından seçmir. Beləliklə Hoger özünü bu ailənin üzvü hiss etməyə başlayır.

Qaddor Hogerin Sincar dağlıq bölgəsindəki yəzidi azlığının üzvü olduğunu müəyyən edir.

Əsl adını xatırlamayan bu uşaq anası və bacı-qardaşları ilə bərabər 2014-cü ildə İslam Dövləti ekstremistlərinin əlinə keçir. Onun atası isə həmin gün öldürülür.

Qaddor xanımını "ana" səsləyən bu uşağın ailəsini tapmaq istəyir.

Hoger və bacı-qardaşları anasının seks köləsi kimi satışından sonra Suriyaya aparılır. Onun böyük qardaşı təlim düşərgəsinə göndərildikdən sonra İŞİD sıralarında döyüşməyə başlayıb.

Haqer bir neçə ay bir qadının himayəsində yaşadıqdan sonra kimsəsiz uşaq düşərgəsinə aparılır.

2014-cü ilin avqust ayınsa İŞİD minlərlə yəzidi kişini qətlə yetirir, minlərlə qadın və qızı seks köləsi kimi girova götürür.

BMT-nin təxminlərinə görə, 400 mini dinc əhali olmaqla, 10 mindən artıq yəzidini öldürülüb və ya oğurlanıb.

3 minə yaxın yəzidi qadın və uşaq hələ də itkindir.

Minlərlə yəzidi İraqın qaçqın düşərgələrində ağır şəraitdə yaşayır.

Qaddor və onun ailəsi 2013-cü ildə Hama vilayətindən didərgin düşüb. Hazırda bu bölgənin müxalif qüvvələr və Suriya hökumətinin nəzarət etdiyi ərazilər arasında olduğu üçün geriyə dönmək şansı yoxdur.

Suriyanın mərkəzindən didərgin düşənlərin əksəriyyəti Ətmeh düşərgəsində yaşayır. Bu il soyuq hava və daşqınlar səbəbi ilə əksəriyyəti uşaq olmaqla, bir neçə nəfər xəsarət alıb və ölüb.

Düşərgədə GHT-lərin yardımına möhtac olan Qaddor yoxsulluq içərisində yaşasa da, Hogeri öz uşağı hesab edir.

"O, günahsız bir uşaqdır və daha yaxşı həyata layiqdir", Qaddor bildirib.

XS
SM
MD
LG