Accessibility links

İŞİD-in xarici uşaqlarının taleyi qeyri-müəyyən qalır


Analarının məhkəmə işlərinə baxıldığı bir vaxt Bağdaddakı Mərkəzi Rusafa Cəza Məhkəməsinin dəhlizləri körpə uşaqlarla dolu idi. Sonra onlar birdən yoxa çıxdı, yəni onları geriyə artıq bir il yarımdır anaları ilə birlikdə saxlandıqları qadın həbsxanasına göndərdilər.

Onlar insanla dolu, dar kameralarda, ac və xəstə vəziyyətdə nazik döşəklərin üzərində yatırlar. Onlar İslam Dövlətinin xarici uşaqlarıdır.

Hər gün qızımın xəstələnib ölməsindən qorxuram.

Onların arasında Çeçenistandan olan Leyla Qazıyevanınn iki yaşlı oğlu Obayda da var. Leyla Qazıyeva 2017-ci ildə, İslam Dövləti qrupunun döyüşçüləri İraqın şimal bölgəsindəki Təl Afardan qaçarkən həbs edilib.

O, islamçı qrupa qoşulduğu üçün həbs cəzasına məhkum edilmişdi. Məhkəmə qeydlərindən məlum olur ki, ömürlük həbs cəzası hökmü təkcə Leyla Qazıyevaya deyil, onlarla digər qadınlara da çıxarılıb.

Rusiya hökumətinin dediyinə görə, Obeyda Bağdadın qadın həbsxanasında anası ilə ömürlük qalacaq. Cəzaçəkmə sistemindən alınan mənbələrə istinadən bildirilir ki, İslam Dövləti qrupu döyüşçülərtinin min yüz nəfərə qədər uşağı İraqda nəzarət altında saxlanır. Obeyda kimi körpələr isə həbsxanalarda anaları ilə birlikdə qalır.

Bir vaxtlar Suriya və İraqda ərazilərin əhəmiyyətli kəsiminə nəzarət edən radikal islamçı qrupu darmadağın edilib, onun döyüşçülərinin qoyub getdikləri irsin ağrılı fəsadları isə qalmaqdadır.
Bir vaxtlar Suriya və İraqda ərazilərin əhəmiyyətli kəsiminə nəzarət edən radikal islamçı qrupu darmadağın edilib, onun döyüşçülərinin qoyub getdikləri irsin ağrılı fəsadları isə qalmaqdadır.

Reuters xəbər agentliyi tərəfindən nəzərdən keçirilən səfirlik qeydlərində dözülməz şərait səbəbindən bu körpələrdən azı yeddisinin öldüyü bildirilir.

Yüzlərlə uşaq isə İraqa qeyri-qanuni daxil olaraq İslam dövləti qrupuna qoşulduğu üçün həbs edilib. Bu, 9-la 18 yaşlar arasında olan uşaqlardan 185 nəfərinə artıq bir neçə aydan tutmuş 15 ilə qədər həbs cəzası hökmü çıxarılıb. Rusafa Mərkəzi Cinayət Məhkəmıəsinin sözçüsünün dediyinə görə, həbs cəzası çıxarılan uşaqlardan 77-si qızdır.

Bu, İslam Dövlətinin unudulmuş qurbanları olan uşaqları bu müharibə zonasına valideynləri gətirib. Onlar 4 yaşından başlayaraq militant ideologiyasından zəhərlənən və gələcək təhlükələrə görə vətənləri tərəfindən tərk edilən uşaqlardır.

20-yə yaxın müsahibədən məlum olub ki, diplomatlar, uşaqların anaları və penitensiar sistem uşaqların vəziyyətindən agahdır.

Almaniyadan gəlmiş 20 yaşlı Nadia Rayner ömürlük həbs cəzasına məhkum edilib.

Nadia Rayner Herman Almaniyadan gəlib. İyirmi yaşlarındakı bu gənc qız artıq ömürlük həbs cəzasına məhkum edilib. Nadia iki yaşındakı qızının onunla birlikdə qadın həbsxanasında çox kiçik, ağır şəraitdəki kamerada yaşadığını deyir.

"Hər gün qızımın xəstələnib ölməsindən qorxuram," deyə o bildirir.

Daxil olan məlumatlara görə, azı 7 rus və azərbaycanlı uşaq həbsxanalardakı bərbad şəraitdə vəfat edib. Bundan əlavə, üç qadının da oxşar şəraitdə öldükləri deyilir.

İraq hökumət rəsmiləri isə İraq həbsxanasında olan xarici qadınlar və uşaqlar, eləcə də həbsxanalardakı vəziyyətlə bağlı şərh verməkdən imtina edir. Bundan əvvəl İraq heç bir cinayətdə əli olmayan və ölkələrinə dönmək istəyən hər bir xarici vətəndaşa yardım edəcəyini demişdi.

XS
SM
MD
LG