Accessibility links

Milli Şuranın Ukrayna təmsilçisi 19 saat saxlanıb


Yalçın Qəhrəmanoğlu
Yalçın Qəhrəmanoğlu

Yalçın Qəhrəmanoğlu Bakı hava limanında saxlanıb və sonra azad buraxılıb

İyulun 29-na keçən gecə Bakı aeroportunda saxlanılan Milli Şuranın Ukrayna nümayəndəliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu 19 saatdan sonra azad buraxılıb.

Vəkili Mənsur Bayramov Amerikanın Səsinə bildirib ki, Y.Qəhrəmanoğlunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar və orada gəlişinin məqsədləri barədə soruşublar.

Yalçın Qəhrəmanoğlu isə Amerikanın Səsinə deyib ki, ona qarşı fiziki təzyiq olmayıb. O hesab edir ki, saxlanmasına səbəb Milli Şurada iştirakıdır.

Qəhrəmanoğlu son 5 ildə Ukraynada yaşayır. Bundan öncə iki dəfə Azərbaycana gəlib və problemlə üzləşməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG