Accessibility links

Suriyada öldürülən yapon müxbirin cəsədi tibbi ekspertiza institutundan çıxarılıb


Suriyada öldürülən yapon müxbiri Mika Yamamotonun cəsədi Türkiyənin Adana tibbi ekspertiza institutundan çıxarılıb.

Rəqib qüvvələrlə səyahət edən Yamamoto Hələb şəhərində atışmalar zamanı həlak olub. Yaponiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri müxbirin Tokioda qərargahlanmış Yapon Press agentliyində işlədiyini deyib.

Bazar ertəsi müxbiri Suriyaya gətirən sürücü Amerikanın Səsinə bildirib ki, başqa bir yapon müxbir təhülkəsizlik üçün divara tərəf sürünən an Yamamoto yaxın məsafədən atılan gülləyə tuş gəlib.

Hadisə zamanı Yamamoto ilə bərabər olan Əl-Hürrə televiziya kanalının iki müxbiri itkin düşüb.

Əl-Hürrə və Amerikanın Səsinin daxil olduğu Televiziya Yayımları Şurası Təşkilatı Suriya hökumətini müxbirlərin təhlükəsizliyini təmin etməyə çağırıb. Onlardan biri müxbir Bəşər Fəhmi, digəri isə operator Cüneyt Unaldır.
XS
SM
MD
LG