Accessibility links

Yanğında ölənlərin sayı 82-yə çatıb


Yunanıstanda meşə yanğınları səbəbi ilə itkin düşənlər var. Bu gün daha bir nəfərin öldüyü elan edilib. Beləliklə ölənlərin sayı 82-yə çatıb. 187 nəfər xəsarətlər alıb.

İtkin düşənlərin ailələri onları morqlarda axtarır. Rəsmilər bəzi insanların tanınmaz hala düşdükləri üçün DNK testlərinə ehtiyac olduğunu bildirib.

300 yaxın ev ya tamamilə yanıb, ya da ciddi ziyana məruz qalıb. Hazırda zərərin dəyəri müəyyən edilir.

İctimaiyyət arasında yanğına lazımi cavab verilməməsinə etirazlar var.

Yunanıstanın baş naziri Aleeksis Tsipras ölkədə 3 günlük milli matəm elan edib.

Rəsmilər bunun ölkədə son on ildə baş vermiş ən ölümcül yanğınlardan biri olduğunu bildirir.

Müsbət 30 dərəcə isti və güclü külək şəraitində alov dalğaları Yunanıstan paytaxtının qərb və şərq hissələrinə yayılıb.

Baş nazir Aleksis Tsipras Bosniya-Herseqovinaya səfərini yarımçıq kəsərək Yunanıstana qayıdıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG