Accessibility links

Yanğınlar Kaliforniyanın şərabçılıq bölgəsini əhatə edir


Kaliforniyadakı yanğınların yayılmasına səbəb olan güclü küləklərin bazar ertəsi sakitləşəcəyi və yanğınsöndürənlərə şimaldakı şərabçılıq, cənubda, Los-Anceles yaxınlığındakı ərazilərdə yanğınları söndürməyə imkan verəcəyi gözlənilir. Lakin Milli Hava Xidmətinin sinoptikləri küləklərin həftənin sonunda yenidən şiddətlənərək sürətlənəcəyini əlavə edib.

"Şimalda şiddətli külək xəbərdarlıqlarının əksəriyyəti bu gün səhər saat 11-də başa çatır. Hazırda küləyin sürəti saatda 35-lə 55 metr arasındadır," deyə Milli Hava Xidmətinin Hava Proqnoz Mərkəzindən Mark Çinard bildirib.

Kaliforniyanın cənubunda küləyin sürətinin bazar ertəsi günortadan sonra azalacağı gözlənilir.

Yanğının ən çox zərər verdiyi bölgə Kaliforniyanın şimalındakı şərabçılıq mahalı olub ki, orada yanğın 22,000 hektara qədər sahəni əhatə edib və Kinkeyd adlanan yanğın səbəbindən həmin ərazilərdən 190 minə qədər insan evakuasiya edilib.

Onlarla partlayışa, 400-ə qədər tikilinin tanmamailə məhv olmasına Kinkeyd yanğını ilə təxminən 3 min yanğınsöndürən mübarizə aparır.

Ştatın qubernatoru Qevin Nyusom ştat boyu fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG