Accessibility links

Yanğınsöndürənlərə yardım edən "yumşaq" robot


Yanğınsöndürənlərə yardım edən "yumşaq" robot
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Planetlər üçün nəzərdə tutulan robotdan ABŞ-da yanğınsöndürənlər tərəfindən istifadə olunur. Belə ki, Squishy adlı robot yanğınsöndürənlər təhlükəli vəziyyətlərə daxil olmadan onlara vəziyyətlə bağlı məlumat verir.

Bu, tullanan oyuncağa bənzəyir. Onun adı “Squishy”dir və əslində o, planetlər və ya Ay üzərində gəzib topladığı məlumatı geri yollamaq üçün nəzərdə tutulmuşdu.

İndi Squishy-dan yanğınsöndürənlər, şirkətlər və ordu tərəfindən insanlardan öncə təhlükələri aşkar etmək üçün istifadə olunur.

“Mən ‘bunu Ayda və ya Marsda edə bilirəmsə, Yer kürəsində də edə bilərəm -deyə, düşündüm,” Squishy Robotics-in baş icraçı direktoru Alis Aqoqino bildirir.

Squishy uşaqların Skwish adlı oyuncağından ilhamlanaraq yaradılıb. O, gözlənilməz real vəziyyətlərlə üzləşdiyi zaman əyilə və hərəkət edə bilən “yumşaq robot” trendinin bir parçasıdır.

“O, qayaların arasına girə və böyük yüksəklilərin üzərinə çıxa bilir,” Alis Aqoqino bildirir.

Silicon Valley Robotics-in icraçı direktoru Andra Keay deyir ki, bu yumşaq robotlar insanlar üçün təhlükəli olan işləri görə bilir.

“Mənim bu şirkətlərlə bağlı bəyəndiyim bir şey odur ki, onlar problemə yaxından yanaşa bilirlər. Onlar onu başa düşürlər. Bu, insan-mərkəzli həll yoludur,” Andra Keay bildirir.

Təxminən 300 metr yüksəklikdən düşən Squishy yerə çırpılır, dağılır, daha sonra özünü düzəldir. Onun kameraların və qaz, kimyəvi maddələr və yanğın təhlükələrini müəyyən edən sensorların yerləşdiyi mərkəzi düyününə zərər dəymir və beləcə o, yanğınsöndürənləri mümkün təhlükələr barədə məlumatlandırır. Squishy vəziyyəti nəzərdən keçirmək üçün uzaqdan idarə olunur.

“Biz həmin kimyəvi maddənin çox olduğu yerləri və mənbənin harda olduğunu və ya hansı istiqamədən gəldiyini göstərən istilik xəritəsi hazırlayırıq,” Squishy Robotics-in baş icraçı direktoru Alis Aqoqino bildirir.

Bu, çətin vəziyyətlərə atılan və tapıntıları ilə bağlı məlumat toplayan yumşaq robotdur.

XS
SM
MD
LG