Accessibility links

Yanğınsöndürənlər dinozavrlarla həmyaşıd ağacları yanğından qoruya bilib


Wollemi Milli Parkının areal görüntüsü

Avstraliya yanğınsöndürənlərinin mütəxəssis qrupu ölkədəki qədim və nadir ağac növlərini yanğından xilas edə bilib.

Dinozavrlar dövüründən bu günədək sağ qalmış Avstraliya "Wollemi" adlı şam ağaclarını yanğından mühafizə etmək üçün yanğınsöndürənlər dar dərəyə daxil olaraq təyyarələr vasitəsi ilə su bombardmanı edib.

"Bu, hərbi tərzdə bir əməliyyat idi," deyə Yeni Cənubi Uels ştatının ətraf mühit naziri Matt Kean bildirib.

"Yanığını gecikdirmək üçün mayemiz və suvarma sistemlərimiz var. Böyük bir heyəti bura yığdıq və əmin olmaq istədik ki, ağacları yanğından qorumaq üçün hər şeyi düzgün edirik. Xoşbəxtlikdən buna nail ola bildik. Bu ağaclara dünyanın heç ber yerində rast gəlinmir. Və cəmi 200 ədəd qalıb. Bu səbəbdəndə şam ağaclarını qormaq üçün əlimzdən gələni etəmliydik ki, ağaclar gələcəkdə də sağ qala bilsin," deyə o əlavə edib.

Sidney yaxınlığındakı Uollemi Milli Parkı bu ağaclara ev sahibliyi edən yeganə ərazidir. 1994-cü ilə qədər bu ağacların nəslinin kəsildiyi düşünülürdü. Mütəxəssislər 200 min il yaşı olduğu təxmin edilən şam ağaclarının Avstraliyadan əvvəlki tarixlə əlaqəli olduğu düşünülür.

Ağacların olduğu yer gizli saxlanılır. Çünki ziyarətçilərin üzərində daşıdığı patogenlərin ağaclarada xəstəlik yaradacağı qorxusu var. Bəzi ağaclar yanğından qoruna bilməsə də bu nadir şamlar Avstraliyada yanğın böhranından qurtula bilib.

Yanğınlar 29 nəfərin və təxminən bir milyard heyvanın ölümünə, yüzlərlə evin məhvinə səbəb olub.

Avstraliyanın cənub-şərqinə yağan leysan yağışlar yanğınla mübarizə aparan yanğınsöndürən heyətə bir qədər rahatlıq versə də, yağıntılı və nəm havaların sürüşməyə və selə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.

XS
SM
MD
LG