Accessibility links

“Moskva" ticarət mərkəzində yanğın baş verib [Video]


Moskva Ticarət Mərkəzində yanğın olub
Moskva Ticarət Mərkəzində yanğın olub

Yanğın nəticəsində heç kim xəsarət almayıb

Martın 14-də səhər saatlarında Nəsimi rayonunda dördmərtəbəli yerləşən “Moskva" ticarət mərkəzində yanğın baş verib.

Fövqaladə Nazirliyinin məlumatına görə yanğın ticarət mərkəzinin 1-2-ci mərtəbələrarası eskalator və 1-ci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə olub.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yerli vaxtla saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nazirlik yanğının səbələrinin araşdırılmasını bildirsə də, yerli mətbuat ilkin versiyada yanğın eskalatorda yaranan qısaqapanmadan baş verdiyini yazır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İki gun əvvəl isə Sahil Ticarət mərkəzində yanğın olub.


XS
SM
MD
LG