Accessibility links

Bakıda doqquzmərtəbəli ev yanıb

Bakı şəhəri, Xətai rayonu, Zıx şossesində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Amerikanın Səsinin müxbiri hadisə yerindən bildirir ki, yerli vaxtla saat 22.15-də hələ yanğın tam söndürülməyib. Binanın bütün sakinləri evakuasiya olunub. Xəsarət alan yoxdur. Binanın fasad hissəsi, bir neçə mənzil və balkon tam yanıb.

Güclü külək yanğınsöndürmə işlərinə ciddi maneə olur.

Hazırda yanğının söndürüllməsi istiqamətində işlər davam etdirilir.

Daha çox yüklə

XS
SM
MD
LG