Accessibility links

Kemerovoda və Azərbaycanda yanğınların oxşarlığı


Kemerovoda yanğın
Kemerovoda yanğın

Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən yanğının nəticələri Azərbaycan üçün də xarakterikdir. Bu səbəbdən ticarət mərkəzində baş vermiş yanğının doğurduğu ağır nəticələr sosial şəbəkələrdə azərbaycanlıların da geniş müzakirəsinə yol açıb.

Azərbaycanda da son illər yanğın nəticəsində çoxsaylı insan həyatını itirib.

Amma, problem hələ də həllini tapmayıb.

- 2015-ci il mayın 19-da Bakıda Azadlıq prospektində hündürmərtəbəli binada baş verən yanğın nətəsində 15 nəfər həyatını itirib.

Dəniz platformasında yanğın
Dəniz platformasında yanğın

- 2016-cı il dekabrın 4-də “Günəşli” yatağında 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində platformada olan 63 nəfərdən 31 nəfəri itkin düşüb.

- 2018-ci il martın 2-də Bakıda Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində 25 nəfər diri-diri yanıb.

Yanğın
Yanğın

Rusiyada və Azərbaycanda yanğın hadisələrinə siyasi baxışlar və texniki nizamlanma oxşardır. Belə ki, Rusiya və Azərbaycanın siyasi rəhbərləri dəfələrlə ölkədə yanğının törədilməsində cavabdeh şəxslərin cəzalanadırılacağı və yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görüləcəyi barədə bəyanatlarla çıxış edib. Ancaq təhlükəsizliyin təmin edilməməsi nəticəsində yanğınlarda yenidən çoxsaylı insan həyatını itirir. Müşahidəçilər hesab edir ki, Rusiyada Kemerovo ticarət mərkəzində, Azərbaycanda isə Narkoloji Mərkəzdə yanğın bir daha göstərir ki, təhlükəsizliklə bağlı ciddi tədbirlər görülmür.

Diqqətə çatdıraq ki, son dövrlər Bakıda çoxsaylı hündürmərtəbəli binalar inşa edilməkdədir. Ekspertlər bildirir ki, bu binaların əksəriyyətinin layihələrində qazla bağlı təhlükəsizliyin təmini baxımından mərkəzləşdirilmiş istilik sistemi əksini tapmayıb. Yanğın zamanı əhalinin təhlükəsiz təxliyyə çıxışı, insanların tüstüdən boğulmaması üçün germetik keçid divarları təmin edilməyib.

Ekspertlər bildirir ki, yüzlərlə binalara Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik sertifikatı verilmədiyi halda əhali oraya köçürülüb. Müşahidələr göstərir ki, çoxmərtəbəli binaların əksəriyyətinin təhlükəsizlik çıxışlarına vaxtaşırı texniki baxış keçirilmir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: Belə faciəni Narkoloji Mərkəzdə baş verən yanğın zamanı yaşadıq

Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, çoxu uşaqlar olmaqla 64, qeyri rəsmi məlumatlara görə 300-dən artıq insanın həlak olduğu Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın Azərbaycan əhalisini də qayğılandırmalı və düşündürməlidir.

O yazır ki, yanğın nəticəsində həlak olanların sayının çox olması kinoteatrın sonuncu mərtəbədə yerləşməsi və qəza çıxışlarının ticarətçilər tərəfindən anbar kimi istifadə olunması ilə izah olunur.

Bakıda da məşhur ticarət mərkəzlərinin sahibləri aşağı mərtəbələri daha baha qiymətə satdığından və ya icarəyə verdiyindən kinoteatr və uşaqlar üçün nəzərdə tutulan əyləncə və oyun yerlərini sonuncu mərtəbələrdə yerləşdirirlər.

“Təəssüflə qeyd etməliyik ki, Bakıda da məşhur ticarət mərkəzlərinin sahibləri aşağı mərtəbələri daha baha qiymətə satdığından və ya icarəyə verdiyindən kinoteatr və uşaqlar üçün nəzərdə tutulan əyləncə və oyun yerlərini sonuncu mərtəbələrdə yerləşdirirlər. Bu isə xüsusilə çoxlu sayda izləyicilərin birlikdə tamaşa etdiyi kinoteatr zallarında və uşaqların oyun yerlərində baş verə biləcək təhlükələrdən sığortalanma imkanlarını məhdudlaşdırır. Biz belə bir faciəni ayın əvvəlində Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı yaşadıq”.

Qubad İbadoğlu hesab edir ki, yanğından mühafizə qaydalarına əməl olunmadığı və ya rüşvətlə ondan yan keçildiyi istənilən ictimai obyektdə belə hallar kütləvi insan tələfatına gətirib çıxara bilər.

“Odur ki, Dövlət Yanğından Mühafizə Xidməti insanların kütləvi ziyarət etdiyi Bakı şəhərində və respublikanın rayonlarında yerləşən bütün ictimai obyektlərdə yanğından mühafizə qaydalarına əməl olunma səviyyəsini dəyərləndirmək üçün invertarizasiyalar aparmalı və mövcud durumla bağlı rəsmi açıqlamalar yaymaqla ictimaiyyəti məlumatlandırmalıdır. Bununla yanaşı, mövcud obyektlərdə ziyarətçilər üçün yanğından mühafizə qaydalarına dair təlimatlar yerləşdirilməli, oradakı işçi heyəti təlimlərə cəlb edilməlidir”.

O hesab edir ki, yeni inşa olunan ictimai obyektlər üçün yanğından mühafizə qaydaları sərtləşdirilməli və çoxmərtəbəli binalarda kütləvi zalların yalnız aşağı mərtəbələrdə yerləşdirilməsinə icazə verilməlidir.

Elxan Mərdanlı
Elxan Mərdanlı

Elxan Mərdanlı: Park Bulvar, Genclik Mall və Port Baku ticarət mərkəzlərində mühafizə məsələləri çox yaxşı təşkil edilib

Öz növbəsində, digər Facebook istifadəçisi, özünü Acoola Kids Azerbaijan adlı müəssisənin marketinq, piar və ticarət üzrə direktoru kimi təqdim edən Elxan Mərdanlı yazır ki, Bakı səhərində Park Bulvar, Genclik Mall və Port Baku ticarət mərkəzlərində mühafizə məsələləri çox yaxşı təşkil edilib.

“Yanğın çıxışları, magazalarda olan yangından muhafizə sistemləri, yangınsöndürmə balonlarını və işçilərə müətəmadi olaraq təlimlərin keçirildiyinin şahidi olan şəxs kimi bunları deyirəm”, o qeyd edib.

Sosial reklamlar çox azdır

Eyni zamanda, ekspertlər əhalinin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işinin zəif olduğunu qeyd edir. Bu sahədə sosial reklamlar da çox azdır.

Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyinin təminatı ilə bağlı Amerikanın Səsinə hələ cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG