Accessibility links

Keçmiş Trump Tower-də ikinci dəfə yanğın başlayıb [Video]


Trump Tower-də ikinci yanğın
Trump Tower-də ikinci yanğın

Eyni binada bir gündə iki dəfə yanğın olub

Keşmiş Trump Tower kimi tanına çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, ikinci dəfə alovlanan binada yanğın sahəsi daha böyükdür. Alov binanın bütün mərtəbələrini bürüyüb.

Xatırladaq ki, aprelin 28-də səhər saatlarında yanğın binanın yuxarı mərtəbələrinə olub. Günorta saatlarında fövqəlarə hallar nazirinin müavini yanğının tam söndürüldüyünü bildirib.

Bir gündə eyni binada iki dəfə yanğın hadisəsinin baş verməsinin səbəbləri açıqlanmır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG