Accessibility links

Meşədə yanğın məhdudlaşdırılıb


Meşədə yanğın

Iyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi (Bakıdan 292 kilometr cənub) yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb. Ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir. Bu barədə Fəvqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin təyyarəsi, yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəadə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri yanğının vurduğu ziyanla bağlı məlumat vermir.

Yerli əhali yanğının bir neçə hektar meşə ərazisini əhatə etdiyini bildirir.

XS
SM
MD
LG