Accessibility links

Myanma təhlükəsizlik qüvvələri Yanqonun bəzi bölgələrində gecə basqınları edib


Myanma təhlükəsizlik qüvvələri şənbə günü gecə bazar gününə qədər Myanmanın ən böyük şəhəri olan Yanqonun bəzi bölgələrində basqınlar edib.

Sakinlərin bildirdiyinə görə, Yanqon şəhərinin mərkəzindəki Kyauktada qəsəbəsində ən azı üç nəfər həbs olunub.

Əsgərlər keçmiş faktiki lider Aunq San Suu Çinin Demokratiya Uğrunda Milli Liqasında işləyən vəkilni ələ keçirməyə cəhd etsələr də, onu tapa bilməyiblər. Bunu buraxılmış parlamentin üzvü Sithu Maunq Facebook səhifəsində yazıb.

Reuters xəbər agentliyinin polis və xunta sözçüsünə şərh müraciətinə cavab verilməyib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, hərbi hissələrin şənbə günü Yanqonda çevriliş əleyhinə nümayişçiləri dağıtmaq üçün səs bombası və gözyaşardıcı qazda istifadə etməsindən sonra bazar günü daha çox etiraz nümayişi gözlənilir.

Dövlətin Baş Tətil Komitəsi Yanqon, Mandalay və Monyvada da etirazların təşkil edilyini bildirib.

BMT-nin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən 50-dən çox insan öldürülüb.

Siyasi Məhbuslara Yardım Təşkilatının şənbə günü verdiyi məlumata görə, xunta hakimiyyəti altında 1700 nəfərdən çox adam nəzarətə alınıb.

Fevralın 1-də hərbçilərin seçkilərdə saxtakarlıq ittihamı ilə Aunq San Su Çi və mülki hökumət üzvlərini həbs etməsindən sonra Myanma boyu hər gün etirazlar keçirilir.

ABŞ Myanmadakı etirazlara qarşı qanlı basqınları qınayıb və potensial sanksiyalara işarə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG