Accessibility links

Yanukoviç Kiyevdə dövlətə xəyanətə dair məhkəmə dinləməsində iştirak etməyəcək


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Moksvada mətbuat konfransında danışır, 2 mart, 2018.
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Moksvada mətbuat konfransında danışır, 2 mart, 2018.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Moksvada tennis meydançasında aldığı zədələrə görə bazar ertəsi günü Kiyevdə məhkəmədə iştirak edə bilməyəcək. Bu haqda onun vəkili Rusiya xəbər agentliklərinə bildirib.

“Yanukoviç xəstəxanada olduğu üçün məhkəməyə gələ bilməyəcək, o, onurğası və dizindəki zədələrə görə hərəkət edə bilmir”,-deyə vəkil Aleksandr Qoroşinski bildirib.

Yanukoviç Ukraynanı 2014-cü ildə paytaxt Kiyevdə polislə prezidenti Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamağa çağıran etirazçılar arasında ölümlə nəticələnən qarşıdurmalardan sonra gərginliklərin artdığı vaxt tərk edib.

Arxiv fotosu-Keçmiş prezident Viktor Yanukoviç video bağlantı vasitəsilə Kiyev məhkəməsi qarşısında ifadə verir, 28 noyabr, 2016.
Arxiv fotosu-Keçmiş prezident Viktor Yanukoviç video bağlantı vasitəsilə Kiyev məhkəməsi qarşısında ifadə verir, 28 noyabr, 2016.

Kiyevi tərk etdikdən sonra onun təhlükəsiz şəkildə Rusiyada olduğu məlum olub.

Prokurorlar onun Kiyevi tərk etməsindən sonra Rusiyanın Krımı ilhaq etməsinə işarə edərək, avqust ayında Kiyev məhkəməsində bildiriblər ki, Yanukoviç ölkənin taleyinə biganə yanaşaraq, onu “silahlı təcavüzkarın öhdəsinə buraxaraq qaçıb”.

Yanukoviç indiyə qədər ona qarşı ittihamların irəli sürüldüyü məhkəmə proseslərində iştirak etməyib. O, dövlətə xəyanət, Ukraynaya qarşı müharibədə əlbir olmaq və Ukraynanın sərhədlərinin dəyişdiriməsinə yönəlmiş əvvəlcədən planlaşdırılmış fəaliyyət ittihamları ilə qarşılaşır. Prokurorlar Yanukoviçə 15 il həbs cəzası istəyir.

Sentyabr ayında məhkəmə Yanukoviçi dinləmədə iştirak etmək və yekun bəyanatı verməyə dəvət edib. Qoroşinski bildirib ki, həmin vaxt Yanukoviç bunun Skype üzərindən edilməsinə maraq göstərib. Vəkil bazar günü Rusiya jurnalistlərinə bildirib ki, Yanukoviçin hazırkı vəziyyətini nəzərə alaraq, onlar dinləmənin vaxtının dəyişdirilməsini istəyə bilərlər.

XS
SM
MD
LG