Accessibility links

YAP-ın qurultayı olub


YAP-ın qurultayı
YAP-ın qurultayı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən növbədənkənar qurultayında partiyanın Siyasi Şurası ləğv olunub.

YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Partiyada habelə, 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb.

Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bunlar Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasıdır.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev qurultayda videoformat qaydasında iştirak edib. Onun videoformatda çıxışı dinlənib.

Partiyanın sonuncu - VI qurultayı 2018-ci ilin fevralında növbədənkənar prezident seçkisi ərəfəsində keçirilib.

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, YAP-ın qurultayları adətən "Siyasi partiyalar haqqında qanun"a və öz nizamnamələrinə zidd olaraq keçirilir.

Onun sözlərinə görə, qurultayın müddəti əvvəlcədən təyin olunmur, yerli təşkilatlarda toplantılar keçirilib qurultaya nümayəndələr seçilmir.

Arif Hacılı
Arif Hacılı

O hesab edir ki, bu təşkilatın qurultayları formal xarakter daşıyır.

“Əvvəlcədən dövlət rəhbəri tərəfindən qəbul olunmuş qərarlar burada formal olaraq səsə qoyulur. Son qurultayda əsas məqsəd indi hakimiyyətdən uzaqlaşdırılmış şəxslərin YAP-dan da uzaqlaşdırılıb yeniləri ilə əvəz edilməsi, idarəçiliyin daha məhdud çərçivədə həyata keçirilməsi üçün dəyişikliklərin edilməsi idi. Bəzi partiyaların YAP-a qoşulmasına müsbət yanaşıram. Əslində ölkədə adı olub, ozü mövcud olmayan 50-dək partiya faktiki olaraq hakimiyyətin nəzarəti altında olan partiyalardır. Məncə birbaşa YAP-a qoşulan partiyaların rəhbərləri YAP-a xidmət edib özlərini ya müstəqil, ya da müxalifət adlandıran partiyaların rəhbərlərindən daha səmimidir. Ölkədə gerçək iqtidar-müxalifət dialoqu yoxdur. İndi gedən proses əslində çoxdan başlanıb. Sadəcə əvvəllər prezident aparatı ilə gizli əməkdaşlıq edən partiyalar indi açıq əməkdaşlıq edir. Bu proses, həm də gerçək iqtidar-müxalifət dialoqunun qarşısını almaq məqsədilə düşünülüb,” o qeyd edib.

Siyasi təhlilçi Azər Qasımlı Amerikanın Səsinə deyib ki, YAP-ın qurultayının tez keçirilməsi hakimiyyət daxilində gedən proseslərlə bağlıdır.

Onun sözlərinə görə, bir neçə şəxsin partiya rəhbərliyində olmasını istəmirdilər, qurultayda da onları kənarlaşdırdılar.

Azər Qasımlı
Azər Qasımlı

“YAP siyasi proseslərdə olmayan, ciddi siyasi təsiri, təşkilati təsiri olmayan, ümumiyyətlə partiya hesab edilməyəcək səviyyədə olan amorf bir qurumdur. Adından başqa yalnız parlamentdə formal olduğuna görə dövlətdən pul alıb, bu pulları mənimsəyən 4-5 nəfər rəhbərliyində təmsil olunan müftəxorlardan başqa bir şey deyil. Sədr, Nəzarət Təftiş Komissiyası, İdarə Heyəti - bunlar hamısı YAP üçün boş şeylərdir, çünki reallıqda belə təşkilat yoxdur, o, sadəcə fiksiyadır. 40 nəfərdən ibarət İdarə Heyəti seçiblər, yeni isimlər var. Lakin mahiyyət yoxdursa isimlərin də əhəmiyyəti yoxdur,” o bu qənatədədir.

YAP 1992-ci ildə yaradılıb. Onun ilk sədri Heydər Əliyev bir il sonra Azərbaycanda hakimiyyət başına gəlib. Amma bu partiyanın I qurultayı ondan düz 6 il sonra - 1999-cu ilin dekabrında keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG