Accessibility links

Lan qasırğası Yaponiyada 2 nəfərin həyatına son qoyub


Yaponiyada şiddətli yağış və güclü küləklə müşayiət olunan Lan qasırğası iki insanın həyatına son qoyduqdan sonra bazar ertəsi yenidən dənizə istiqamət alıb.

Qasırğa səbəbindən yağan güclü yağışlar Tokionun cənub-qərbindəki çay sahillərində torpaq sürüşmələri və daşqınlarla nəticələnib.

Yaponiya mətbuatının məlumatına görə, fırtına nəticəsində 90-a yaxın insan xəsarət alıb.

Lan qasırğasının gəlişindən əvvəl on minlərlə insana evakuasiya tövsiyə edilmişdi.

Şiddətli tufan hava limanlarında yüzlərlə uçuşun təxirə salınmasına və bir çox qatar və bərə nəqliyyatında gecikmələrə səbəb olub.

XS
SM
MD
LG