Accessibility links

Yaponiya döyüş təyyarəsinin pilotunun axtarışı davam edir


Sakit okeana düşən Yaponiya döyüş təyyarəsinin pilotunun axtarışları davam edib.

Axtarış və xilasetmə dəstələri F-35 gizli döyüş təyyarəsi radarın ekranından itdikdən bir neçə saat sonra təyyarənin qalıqlarını tapıb.

Təkoturacaqlı təyyarə digər üç təyyarə ilə təlim missiyası həyata keçirmək üçün Aomori şərq sahilində yerləşən Misava hava bazasından havaya qalxdıqdan yarım saat sonra yoxa çıxıb.

Müdafiə naziri Takeşi İvaya deyib ki, Misava hava bazasında olan digər 12 F-35 təyyarələrinin uçuşları müvəqqəti dayandırlıb.

XS
SM
MD
LG