Accessibility links

Yaponiyada daşqın nəticəsində itkin düşmüş insanların axtarışı davam etdirilir


Yaponiyanın cənub-qərbində rekord dərəcədə yağan yağışların yaratdığı daşqın 10 nəfərdən çox insanın ölümünə səbəb olub. Ərazidə əmlaka böyük zərər vurulduğu bildirilir.

Xilasetmə qrupları bu gün məcrasından çıxan çayın daşmasından sonra regionda itkin düşmüş insanların axtarışını davam etdirir.

Şiddətli yağışlar bəzi regionlarda palçıq sürüşməsinə səbəb olub. Rəsmilər sakinlərin evakuasiya olunmasına çağırıb.

Sinoptiklər çərşənbə günündən başlamış mövsüm yağışlarından sonra bəzi regionlarda saatda 100 millimetrdən çox yağışın yağdığını deyib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG