Accessibility links

Yaponiya çərşənbə günü peyvəndin geniş tətbiqinə başlayır


Yaponiyanın vaksinasiya naziri çərşənbə axşamı elan edib ki, ölkə koronavirusa qarşı peyvənd proqramına çərşənbə günü başlamağı planlaşdırır və ilkin olaraq 40 min səhiyyə işçisi peyvənd olunacaq.

Tokioda mətbuat üçün brifinqində Vaksinasiya Naziri Taro Kono ilk peyvənd vurulanların üç həftə ərzində hər hansı reaksiyanın olub-olmadığı üçün monitorinq olunacağını deyib.

Yaponiya rəsmiləri bazar günü rəsmi şəxslərin əlavə testlər keçirməsindən sonra ilk peyvəndi, Pfizer-BioNTech vaksinini rəsmi olaraq təsdiq ediblər. Kono yaponlar üzərində aparılan əlavə testlərin vaksinin təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu bildirib. Koronavirus peyvəndləri çərşənbə axşamı Tokyodakı xəstəxanaya gətirilib.

Yaponiya sənayesi inkişaf etmiş ölkələrin G7 - Böyük Yeddilər Qrupunu vaksinasiyaya başlayan son üzvdür.

Hökumət əvvəlcə tibb işçilərini, sağlamlıq problemi olan insanları və qocalar evlərindəki işçiləri peyvəndləməyi planlaşdırır. Kono jurnalistlərə açıqlamasında hökumətin aprel 1-i tarixinə qədər yaşlılara peyvənd verilməsinə başlanılmayacağını bildirib. Hökumət proqramın çərşənbə günündən gələn ilin fevral ayına qədər davam edəcəyini nəzərdə tutur.

Yaponiyada peyvəndlər məcburi deyil və nazir vaksinlərin ön cəbhə işçilərinə və yaşlı insanlara çatacağına inandığını dilə gətirərkən, gənc insanlara müvəffəqiyyətlə çatdırılması üçün bir plan hazırlamalı və onları vaksinizasiyaya təşviq etməyin vacibliyini qəbul edib.

Pfizer-BioNTech ilə yanaşı, Yaponiya bu günə qədər AstraZeneca və Moderna şirkətlərindən milyonlarla doza peyvənd almaq üçün müqavilələr imzalayıb və bu, ümumilikdə 157 milyon insana kifayət edir.

XS
SM
MD
LG