Accessibility links

Yaponiya Çinin Cənubi Çin Dənizindəki iddialarına etiraz edən ölkələrə qoşulub


Yaponiya Çinin Cənubi Çin Dənizindəki iddialarına etiraz edən ölkələr siyahısına qoşulub.

Yaponiya çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatına Çinin iddialarını rədd edən və gəmilərin və təyyarələrin hərəkət azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayan bir səhifəlik diplomatik nota göndərib.

Yaponiyanın notası Çinin mövqeyi ilə bağlı bir sıra tənqidlərdən ən sonunsudur. Bundan əlavə BMT-də Birləşmiş Krallıq, Fransa, Almaniya, Malayziya, Avstraliya, İndoneziya, Vyetnam, Filippin və Birləşmiş Ştatlar etirazlarını bildiriblər.

Bu etiraz Çinin ifrat iddiaları və israrlı davranışı bir çox ölkədə həyacan təbili çaldığına işarə edir.

“Yaponiya Birləşmiş Ştatkar və bir neçə Avropa və Avropa ölkəsinə qoşularaq Çinin iddialarına rəsmi olaraq etiraz etməklə Çinin Cənubi Çin Dənizindəki iddialarının xüsusi elementlərinə etiraz emək üçün diplomatik səylərə qoşulur,” ABŞ-ın Dəniz Müharibəsi Kollecinin dosenti İsaak Kardon bildirib.

Yaponiya açıq şəkildə Çinin Cənubi Çin Dənizindəki müvafiq adalar və riflər üzərində sərhəd xəttləri çəkməsinin Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanunu və ümumi beynəlxalq qanunlara uyğun olduğuna dar iddiasını rədd edir.

Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanunu dəniz yurisdikisyalarını, dəniz resurslarından istifadəni və gəmilər və təyyarələrin hərəkətini əhatə edən beynəlxalq razılıqdır.

Yaponiyanın Cənubi Çin Dənizinə iddiası olmasa da, bu ilk dəfə deyil ki, ölkə bu məsələyə qarışır.

Yaponiya son illərdə Cənub Çin Dənizinə iddiaları olan bir neçə Cənub-şərq Asiya ölkələri ilə təhlükəsizlik əlaqələrini gücləndirib və 2020-ci ilin oktyabrında Cənubi Çin Dənizində sualtı qayıq əleyhinə təlimlər həyata keçirib.

Ehtimal var ki, Yaponiyanın Çinin Cənubi Çin Dənizindəki mövqeyinə etiraz etmək qərarı onların Yaponiyanın Şərqi Çin Dənizində işğal etdiyi Senkaku Adaları üzərindəki mübahisəsi ilə də əlaqəlidir.

Fransa, Almaniya və Birləşmiş Krallıq 2020-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatına birgə nota göndəriblər. Onlar Çinin ərazi və tarixi haqq iddialarının Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanunu ilə uyğun gəlmədiyini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG