Yaponiya Şimali Koreyanın bir sıra diplomatik irəliləyişlərə baxmayaraq, milli təhlükəsizliyinə “ciddi və qaçılmaz təhlükə” olaraq qaldığını bildirir.
Bu sözlər çərşənbə günü dərc olunan Yaponiyanın illik müdafiə siyasəti hesabatında yer alıb.
“Şimali Koreya bizim əraziləri vurmaq qabiliyyətinə malik bir neçə yüz Rogonqa sahibdir və onları sınaqdan keçirir. Onlar həmçinin nüvə testləri və bənzər balistik raket sınaqları həyata keçirib. Biz onların nüvə raketləri proqram və əmliyyatlarının davam etdirdiynə şahidik” – deyə, Yaponiyanın müdafiə naziri İtsunori Onodera bildirib.
Ordu bildirib ki, Şimali Koreya 2016-cı ildən bəri ondan çox balistik raket və nüvə sınağı həyata keçirib, bunların bəziləri isə Yaponiya üzərindən uçub.
Hesabatda qeyd edilib ki, Şimali Koreya ABŞ və Cənubi Koreya ilə keçirilən sammitlər zamanı nüvə və balistik raket proqramlarını ləğv edəcəyinə söz versə də, Tokio Şimali Koreyanı hələ də təhlükə olaraq görür.
Müdafiə sahəsində siyasətə dair hesabatda həmçinin Çinin hərbi gücünün artması, habelə Pekinin Şərqi Çin dənizində ərazi iddilarını genişləndirməsi ilə bağlı narahatlıq ifadə edilib.