Accessibility links

ABŞ Dövlət Katibi və Müdafiə Naziri Asiya ölkələrinə səfər edəcək


Dövlət Departamenti və Pentaqonun bildirdiyinə görə, ABŞ Dövlət Katibi Entoni Blinken və Müdafiə Naziri Lloyd Ostin yaxın günlərdə Asiya ölkələrinə səfər edəcək. Bu, Senatın yanvar ayında onları Bayden administrasiyasında vəzifələrini təsdiqləməsindən sonra xaricə ilk səfərləri olacaq.

Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü martın 14-ü ilə 18-i tarixləri arasında Yaponiya və Cənubi Koreyaya edəcəkləri səfər barədə açıqlamasında “onların ABŞ-ın müttəfiqləri ilə əlaqələrini gücləndirmək və sülh, təhlükəsizlik və rifah sahəsində əməkdaşlıqla Hinsitan-Sakit Okeanı hövzəsində öhdəlikıərinə sadiq qaldığından əmin etməyə çalışacağını" deyib.

Pentaqonun dediyinə görə, Ostinin məqsədi yüksək səviyyəli rəsmilərlə “beynəlxalq müdafiə əlaqələrinin əhəmiyyətini müzakirə etmək və Birləşmiş Ştatların beynəlxalq qaydalara və qanunlara uyğun olaraq Hindistan-Sakit Okeanı regionunda öhdəliklərinə sadiq qaldıqlarını nümayiş etdirməkdir.”

ABŞ-ın Müdafiə Naziri Lloyd Austin
ABŞ-ın Müdafiə Naziri Lloyd Austin

Blinken və ostin Tokioda yapon həmkarları, Xarici İşlər Naziri Toşimitsu Motegi və Müdafiə Naziri Nobyo Kisinin ev sahibliyi edəcəyi təhlükəsizlik iclasında iştirak edəcək. Onlar ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşərək, “ikitərəfli və qlobal məsələləri” müzakirə edəcəklər.

Blinken ayrıca iki ölkə arasındakı iqtisadi əlaqələri və “COVID-19-un iqtisadi təsirlərini müzakirə etmək üçün Yaponiyanın iş adamları ilə də görüşəcək.

Yaponiyada iki gün qaldıqdan sonra Blinken və Ostin Cənubi Koreyanın Seul şəhərinə yola düşəcək və “ikitərəfli və qlobal əhəmiyyət kəsb edən məsələləri” müzakirə etmək üçün ölkənin Xarici İşlər Naziri Çanq In Yonq, Müdafiə Naziri Suh Vuk və digər yüksək səviyyəli rəsmilərlə bir araya gələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG