Accessibility links

Yaponiya çinli fəalları deportasiya etməyi nəzərdən keçirir


Japan China Disputed Island
Japan China Disputed Island
Yaponiya mübahisəli adalara gəldikdən sonra həbs olunmuş 14 çinli fəalla nə etməyi nəzərdən keçirir.

Fəallar çərşənbə günü Şərqi Çin Dənizində yerləşən adaya gələrək burada Çin bayrağını sancıblar. Onları milli himnlərini oxuduqdan az sonra yapon sərhədçilər tərəfindən saxlanılıblar.

Pekinlə yaranmış gərginliyi aradan qaldırmaq üçün Yaponiya hökuməti dindirilmək məqsədilə Okinavaya göndərilən fəalları deportasiya etməyi düşünür.

Çin hökuməti Yaponiyaya rəsmi şikayət etmiş və tutulanların qeyd-şərtsiz sərbəst buraxılmasına çağırmışdır.
XS
SM
MD
LG