Accessibility links

Yaponiya Fukuşima nüvə stansiyasından yanacağı təmizləyir


Yaponiyanın Fukuşima nüvə stansiyasının operatoru bazar ertəsi 2011-ci ildə əriyən üç reaktorundan birindən yanacaq çubuqlarını yığışdırmağa başlayıb.

Tokio Elektrik Enerji Şirkəti (TEPCO) bildirib ki, işçilər üçüncü reaktordakı soyutma hovuzundan işlənmiş yanacaq vahidlərini təmizləməyə başlayıb.

Bu əməliyyatlar dörd il gecikdirilib.

TEMPCO həmin reaktordan 566 nüvə yanacağı çubuqlarını təmizləməyin iki il çəkəcəyini təxmin edir.

İşlər 500 metr uzaqlıqdakı nəzarət otağından idarə olunur, çünki 3-cü bölmənin yerləşdiyi binada radiasiya səviyyəsi hələ də çox yüksəkdir.

TEPCO ehtimal edir ki, 3-cü bölmədəki təmizlik əməliyyatlarından sonra birinci və ikinci reaktordakı saxlama hovuzlarında 1000 nüvə yanacaq çubuqları da yığışdırılacaq.

Fukuşima Daiiçi nüvə stansiyasındakı üç bölmə 2011-ci ildə Yaponiyada böyük zəlzələ və ardınca baş verən sunami nəticəsində əriyib. Nəticədə 18 min insan ölüb, stansiyanın ətrafındakı ərazilər evakuasiya olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG