Accessibility links

Yaponiya hökuməti Fukuşima nüvə obyektində zəhərli suyun sızmasının qarşısını almağa çalışır


Yaponiya hökuməti Fukuşima nüvə obyektində təhlükəli zəhərli maddələrin sızmasının qarşısını almaq səylərini gücləndirib.

Problemin həllinin vacibliyini vurğulayan baş nazir Şinzo Abe Tokio Elektrik Enerji şirkətinə yardım edilməsi məqslədilə dövlət orqanlarına təlimat verib.

Cənab Abe Tokio elektrik enerji şirkətinin sızmanın qarşısını cəld aradan qaldırılmasına kömək etmək və məsələnin stateji həll yolunun tapılması barədə İqtisadiyyat Nazirliyinə təlimat verib.

İşçilər radioaktiv suyun xüsusi inşa edilmiş binanın altından okeana axmasının qarşısını almaq üçün mübarizə aparır.

Tokio elektrik enerji şirkəti zədələnmiş reaktoru soyutmaq üçün istifadə edilən suyun bir hissəsinin obyektdən kənara axdığını etiraf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG