Accessibility links

Yaponiya Hiroşimaya atom bombası atılmasının 75-ci ildönümünü anır


Dünyadakı ilk atom bombasından sağ çıxanlar hücumun 75-ci ildönümünü anmaq üçün cümə axşamı Yaponiyanın Hiroşima şəhərində bir araya gəlib.

Hiroşimanın Sülh Memorial Parkına toplaşan kiçik qrup həmin anı səhər saat 8:15-də bir dəqiqəlik sükutla qeyd edib. ABŞ-ın Enola Gay döyüş təyyarəsinin 75 il əvvəl eyni vaxt atdığı "Kiçik oğlan" ləqəbli atom bombası 140 min insanın ölümünə səbəb olmuş və bütün şəhəri xarabalığa çevirmişdi.

Əvvəlki idönümündən fərqli olaraq builki mərasim “hibakuşa” kimi tanınan saö qalanlar qruou və onların ailələri qatılıb. 75-ci ildönümü koronavirusun yayılmasına görə azsayda insanın iştirak etməsinə səbəb olub.

Baş Nazir Şinzo Abe adəti üzrə etdiyi illik nitqində Yaponiyanın nüvə dünyasına bağlı olduğunu, dünyanın nüvə güclərinin aralarında razılaşma əldə etmələri üçün ölkəsinin "körpü rolunu oynayacağını" deyib.

Abe deyib ki, nüvə silahlarının səbəb olduğu Naqasaki və Hiroşima faciələri bir daha heç vaxt təkrarlanmamalıdır.

Hiroşima meri Kazumi Matsui Yaponiya hökumətini BMT-nin 2017-ci ildə qəbul edilmiş `hibakuşanın` sayının azalmasına səbəb olan nüvə silahına qadağa müqaviləsini imzalamağa və təsdiqləməyə çağırıb. Tokyonun qeyri-nüvə öhdəliyinə baxmayaraq, Yaponiya hələ də ABŞ-ın nüvə arsenalına himayədarlıq edir.

"Bu gün nüvə silahına sahib olmayan bir dünya belə görünür bizdən uzaqdır," BMT-nin baş katibi Antonio Quterres mərasim zamanı səsləndirdiyi video müraciətində bildirib.

Hiroşimanı bombaladıqdan üç gün sonra ABŞ Naqasaki şəhərini bombalayıb ki, bu da şəhərdə 70,000-dən çox insanın ölümünə səbəb olub.

II Dünya Müharibəsi əsnasında militarist Yaponiyaya qarşı mübarizədə atom bombasından istifadənin legitimliyi tarixçilər arasında debat mövzusu olaraq qalır.

ABŞ Prezidenti Harri S Truman həmin vaxt atom bombasından istifadəni müharibəni tez başa çatdırmaq məqsədi ilə, həm amerikalılar, həm də yaponlar arasında müharibə davam edəcəyi təqdirdə nəhəng itkilərin qarşısını almaq üçün son vasitə olaraq əsaslandırmışdı.

Belə ki, təkcə Yaponiyanın Okinava adası uğrunda gedən döyüşlərdə 100,000-dən çox hərbçi və xeyli miqdarda mülki vətəndaş həlak olmuşdu. Hərbi əməliyyatlar Yaponiyanın əsas ərazisində başlanacağı təqdirdə ekspertlər itkilərin milyonlarla ola biləcəyini təxmin edirdi.

Atom bombasının atılmasının ardınca Yaponiya az qala dərhal ABŞ-a təslim oldu.

Məğlubiyyətin ardınca Yaponiyada sürətli siyasi və iqtisadi yenidənqurma işləri başlandı.

Müharibədən sonrakı dönəmdə Yaponiya ABŞ-ın ən yaxın müttəfiqlərindən birinə çevrildi.

XS
SM
MD
LG