Accessibility links

Yaponiya imperatorluğunun yeni erası


Yaponiya imperatoru Akihitonun ayın sonunda taxtdan getməsi ilə yeni era başlayacaq.

İmperator Akihito
İmperator Akihito

Akihito taxtı aprelin 30-da tərk etməlidir. Beləlikə, Yaponiyada son əsr ərzində ikinci era başlamış olacaq. Mayın 1-də yeni era start götürəcək. Yaponiya dünyada Çin köklü Reyva erasından istifadə edən yeganə ölkədir.

İmperator Akihitonun hazırkı erası Heysey, tərcümədə "sülh hər yerdə üstünlük təşkil edir" və ya "sülhə nail olmaq" deməkdir. Bu, 30 illik dönəm Yaponiyanın gündəlik həyatına təsirsiz olmayıb.

Hazırkı eranın başa çatması ilə ölkə gələcək illərə ümidlə baxır. Yeni eranın adı xüsusi panel tərəfindən irəli sürülüən adlar siyahısından seçilib.

Reyva erası ənənəvi ad qaydalarına əsasən seçilir və burada iki mühüm obraz və ya kanci nəzərdə tutulur. Bu ad asan oxunub və yazılmalı və adi sözlərlə heç bir əlaqəsi olmamalıdır.

Qoşalaşmış simvollar fərman, və ya əmrlər deyil; harmoniya, sülh və sükunəti təcəssüm etdirir.

Yaponiyanın baş naziri Şinzo Abe Reyvanın biri-birinin qayğısına qalan insanlar tərəfindən yaradıldığını deyib.

Abe yeni eranın adı seçilərkən onun bu era qarşısındakı öhdəliyi ümidlə dolu olacağını deyib.

Reyva sözü 8-ci əsrdə yazılan və 20 kitabda yer alan 4500 şeir sözləri arasından seçilib.

Yaponiyanın Nazirilər Kabinetinin baş katibi Yoşihide Suqa adı elan edərkən yapon xalqının onu qəbul edəcəyinə ümidini ifadə edib.

Yaponiyada aprelin 1-də verilən bu açıqlama şahzadə Naruhitonun taxta çıxmasına yol açan 248-ci açıqlamadır.

Naruhito 1960-cı ilin fevral ayının 23-də anadan olub. Yaponiyada tarix üzrə elmi dərəcə aldıqdan sonra o, Oksford universitetində iki il təhsil alıb.

İmperator Akihito ölümündən sonra Şova kimi tanınan atası Hirohitonun vəfatından sonra 1989-cu ilin yanvar ayının 8-də taxta sahib olub.

XS
SM
MD
LG