Accessibility links

Şimali Koreya Yaponiyanı hədələyir


Şimali Koreya ona qarşı əlavə sanksiyalara səsləyən Yaponiyanı təhdid edib. Koreyanın Mərkəzi Xəbər Agentliyinin yaydığı bəyanatda deyilir ki, Koreya yarımadasında müharibə başlasa Yaponiya öz təhlükəszliyini gözə almalıdır.

Xarici İşlər Naziriliyinin bəyanatında bildirilir ki, ABŞ-la əməkdaşlıq etdiyi təqdirdə Yaponiyanı güclü zərbə gözləyir.

Bəyanat ABŞ-ın milli təhlükəsizlik müşaviri Tom Donilonun sözlərindən bir neçə gün sonra yayılıb. O, bildirib ki, Vaşinqton davranışını dəyişdiyi təqdirdə Şimali Koreya ilə müzakirələr keçirə bilər.

Şimalı ötən ay üçüncü nüvə sınağından sonra BMT-nin sanksiyaları qəzəbləndirib.
XS
SM
MD
LG