Accessibility links

Yaponiya Cənubi Koreya səfirini XİN-ə çağırıb


Yaponiya höküməti cümə günü Cənubi Koreyanın səfirini Cənubi Koreyanın II Dünya müharibəsi dövründə icbari iş ilə bağlı mübahisəni həll etmək məqsədilə arbitrasiya məhkəməsinə gəlmədiyi üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Yaponiyanın xarici işlər naziri Taro Kono səfir Nam Gvan Pyoya Cənubi Koreyanın arbitrasiya məhkəməsinə gəlməməsinin beynəlxalq hüquqa zidd olduğunu söyləyib.

"Arbitrasiyanın baş tutmadığından çox məyusam. Cənubi Koreya hökumətini müqavilənin mövcud vəziyyətini tərk etməməyə və düzəlişi tez bir zamanda həyata keçirməyə çağırırıq"- deyə, Yaponiyanın xarici işlər naziri Taro Kono deyib.

Ötən il Cənubi Koreya məhkəməsi Yaponiya şirkətlərinin müharibə zamanı Cənubi Koreyanın məcburi əməyindən istifadə etdiyi üçün kompensasiya ödəmələrinə qərar çıxarıb.

Uzun müddət davam edən qarşıdurma Yaponiyanın Cənubi Koreyaya göndərdiyi yüksək texnologiyalı xam mallarını azaltmasına səbəb olub, bu isə smartfon sənayesinə ciddi təsir göstərə bilər.

XS
SM
MD
LG