Accessibility links

Yaponiya lideri hökumətin imicini təzələyir


Yaponiya Baş Naziri Şinzo Abe millət vəkili Şinciro Koizumi ilə söhbətləşir. 28 sentyabr, 2017.
Yaponiya Baş Naziri Şinzo Abe millət vəkili Şinciro Koizumi ilə söhbətləşir. 28 sentyabr, 2017.

Yaponiya Baş Naziri Şinzo Abe iki qadını və sabiq liderin oğlunu hökumət kabinetinə təyin edib. Məqsəd imicin yenilənməsi və ABŞ-a yönəlik ticarət və təhlükəsizlik siyasətinin davamlılığına işarə etməkdir.

Müharibədən sonra Yaponiyaya ən uzun müddətə rəhbərlik etmiş Abe Cənubi Koreya ilə sərt ticarət mübahisəsi və ABŞ-la razılaşmaların sazlanmasına səy göstərilən bir vaxtda əsas kabinet vəzifələrini ən yaxın müttəfiqlərinə verib.

38 yaşlı populyar sabiq baş nazirin oğlunun naizr vəzifəsinə təyinatı diqqət cəlb edib.

Xarici işlər naziri olmuş Taro Kono müdafiə naziri olub, iqtisadi siyasətə rəhbərlik etmiş Toşimitsu Motegi indi xarici işlər naziridir.

Maliyyə naziri Taro Aso öz vəzifəsində qalır.

Partiya lideri vəzifəsində iki ilə möhləti bitəcək Abe eyni zamanda kabinetə yeni üzlər cəlb edir.

Ən çox diqqəti populyar sabiq baş nazir Cuniçiro Koizuminin 38 yaşlı oğlu Şinciro Koizuminin ətraf-mühiti qoruma naziri vəzifəsinə təyin edilməsi cəlb edib. Şinciro 50+ yaşlarında olan nazirlər arasında yaşı 30-larda olan yeganə nazirdir.

Cüniçiro Koizumi baş nazir olduğu dönəmdə Yaponiya cəmiyyətində kifayət qədər populyar olub.
Cüniçiro Koizumi baş nazir olduğu dönəmdə Yaponiya cəmiyyətində kifayət qədər populyar olub.

Yaponiya cəmiyyətində gənc Koizumidən gələcək lider kimi gözləntilər böyükdür.

Indiyədək Koizumi Abe ilə müəyyən məsafə saxlayıb, hərçənd ki, o da Abe kimi hakim Liberal Demokrat Partiyasının Amerikapərəst mühafizəkar siyasi baxışlarını paylaşır.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG