Accessibility links

Yaponiya məhkəməsi eyni-cinsli nikahlara qadağanın konstitusiyaya zidd olduğuna qərar verib


Yaponiyanın bölgə məhkəməsi çərşənbə günü eynicinsli nikahlara qadağanın konstitusiyaya zidd olduğuna qərar verib.

Sapporo Bölgə Məhkəməsi bu tarixi qərarı iki kişi və bir qadın cütlük daxil olmaqla, altı iddiaçının Yaponiya hökumətindən hər birinə 9100 dollardan (1 milyon yen) çox pul tələb edən iddiasına cavab olaraq verib.

Məhkəmə qadağanın Yaponiya konstitusiyasının bütün insanların qanuna görə bərabər olduğunu deyən 14-cü maddəsini pozduğunu deyib. Lakin məhkəmə iddiaçıların təzminat tələbini rədd edib.

Məhkəmə qanunun dəyişdirilməsinə dair 5 şikayətdən biri ilə bağlı keçirilib.

Dünya iqtisadiyyatının yeddi aparıcı dövlətlərindən biri olan Yaponiya “Yeddilər Qrupu” arasında eynicinsli evliliyi tanımaqdan imtina edən yeganə ölkədir. Hökumət konstitusiyanın nikahın “hər iki cinsin qarşılıqlı razılığına”, yəni yalnız bir kişi və bir qadın arasında olan evliliyə əsaslandığını deyir.

Qadağa eyni cinsli cütlüklərə qarşı cinsdən olan cütlüklərə verdikləri eyni üstünlükləri, məsələn, evlərini və digər əmlaklarını miras qoymaq və ya uşaqları üzərində valideyn nəzarətini davam etdirmək kimi üstünlükləri vermir.

Bir neçə bələdiyyə eyni cinsli cütlüklərə hetero-seksual cütlüklərlə eyni hüququ verən “ortaqlıq sertifikatları” verir.

Homoseksuallıq özü Yaponiyada 1880-ci ildən bəri qanuniləşib. Tayvan Asiyada eynicinsli nikahı qanuniləşdirən yeganə ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG