Accessibility links

Yaponiya nüvə enerjisini maksimuma çatdırmaq planını qəbul edib


Yaponiya cümə axşamı nüvə reaktorlarının ömrünü uzatmaq, köhnələrini dəyişdirmək və hətta yeni reaktorlar inşa etmək planını qəbul edib. Bu, bir vaxtlar atom enerjisindən imtina etməyi planlaşdıran və Fukusima fəlakətindən əziyyət çəkən ölkədə böyük bir siyasət dəyişikliyidir.

Yaponiya liderləri qlobal yanacaq qıtlığı, artan qiymətlər və karbon emissiyalarını azaltmaq üçün təzyiqlər fonunda yenidən nüvə enerjisinə üz tutmağa başlayıblar, ancaq bu elan, yeni reaktorların tikilməsi ehtimalı həssas mövzularda səssizliyini qoruduqdan sonra onların üzərlərində götürdüyü ən açıq-aydən öhdəlikdir.

Yeni siyasətə əsasən, Yaponiya mövcud reaktorlardan mümkün qədər çoxunu yenidən işə salmaqla və köhnəlmiş reaktorların istismar müddətini 60 illik həddən uzatmaqla, onlardan maksimum istifadə edəcək. Hökumət həmçinin yeni nəsil reaktorları inkişaf etdirməyi vəd edib.

2011-ci ildə baş verən güclü zəlzələ və ondan irəli gələn sunami Fukusima Dayiçi zavodunda radiokativ maddənin ətrafa yayılmasına səbəb olub – bu fəlakət Yaponiyada anti-nüvə əhval-ruhiyyəsini gücləndirib və hökumət bir nöqtədə nüvə enerjini 2030-cu ilə qədər dayandıracağını vəd edib. Lakin o vaxtdan bəri, hökumət yenidən bu texnologiyadan sitifadə edəcəyini vəd edib və nüvə enerjisinin onilliyin sonuna qədər ölkənin enerji qarışığının 20-22%-ni təşkil edəcəyinə dair hədəf qoyub.

Bununla belə, daha sərt təhlükəsizlik standartlarının qəbul olunması ilə nəticələnən Fukusima faciəsindən sonra boş qalan nüvə reaktorlarının yenidən işə salınmasının təsdiqi yavaş-yavaş həyata keçirilib. Kommunal şirkətlər son on ildə 27 reaktorun yenidən işə salınması üçün müraciət ediblər. Onlardan 17-si təhlükəsizlik yoxlamalarından keçib və yalnız 10-u fəaliyyətini bərpa edib.

Yeni siyasəti izah edən sənəddə deyilir ki, nüvə enerjisi "təchizatın sabitliyinə və karbon neytrallığına nail olmaqda karbonsuz əsas yük enerjisi mənbəyi kimi mühüm rol oynayır" və "nüvə enerjisindən gələcəkdə istifadəni davam etdirməyi" vəd edir. Baş nazir Fumio Kişida deyib ki, o, kabinetinin siyasəti təsdiqləməsini təmin etməyi və lazımi qanun layihələrini parlamentə təqdim etməyi planlaşdırır.

Yeni siyasətin bir hissəsi olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi 30 illik istismardan sonra reaktorların hər 10 ildən bir uzadılmasına icazə verməyi, habelə kommunal xidmətlərə reaktorların istismar müddətini hesablayarkən onların istifadə olunmadığı dövrləri çıxarmağa icazə verən plan hazırlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG