Accessibility links

Naqasakidə atom bombası hücumunun 76-cı ildönümünü qeyd edilib


Bazar ertəsi Naqasaki ABŞ-ın bu Yaponiyanın şəhərinə atom bombası atmasının 76 -cı ildönümünü qeyd edib. Şəhərin meri Yaponiya, Amerika Birləşmiş Ştatları və Rusiyanı nüvə silahlarını ortadan qaldırmaq üçün daha çox iş görməyə çağırıb.

Naqasaki Sülh Parkında etdiyi çıxışında şəhərin meri Tomihisa Taue Yaponiya hökumətini müttəfiqlərini müdafiə edəcəyi sözünü verərək,
ABŞ-ın nüvə çətiri altında qalmaqdansa Şimal-Şərqi Asiyanı nüvəsiz bir bölgəyə çevirməkdə lider olmağa çağırıb.

Taue ən böyük arsenana sahib olan ABŞ və Rusiyanın nüvə tərksilahı səylərindən geri çəkilmədiklərini əksinə, nüvə silahlarını təkmilləşdirdiklərindən və minyatürləşdirməkdən narahatlığını dilə gətirib.

"Zəhmət olmasa, Şimal-Şərqi Asiyada nüvə çətiri əvəzinə nüvəsiz bir çətir yaratmaq gaqda düşünün. Nüvə silahından azad bir zona qurmağı nəzərdən keçirin və nüvə silahından azad bir dünya qurmaq istiqamətində bir addım atın" - deyə, Taue Yaponiya hökumətini nüvə tərksilahı üçün daha çox addımlar atmağa çağırarkən bildirib.

Naqasakidə sağ qalanlar və mərasimin digər iştirakçıları yerli vaxtla saat 11:02-də B-29 bombardman təyyarəsinin plutonium bombası atdığı anda həyatlarını itirən 70000-dən çox insanın xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bomba hücumu 1945-ci ilin avqustun 9-da ABŞ-ın dünyada ilk dəfə 140000 insanın ölümünə səbəb olan Hirosimaya atom bombası hücumunundan üç gün sonra həyata keçirilib. Yaponiya avqustun 15-də təslim olub və İkinci Dünya Müharibəsinə son qoyulub.

XS
SM
MD
LG