Accessibility links

Yaponiya İnpex şirkətini İrandan çıxarmaq fikrindədir


Yaponiya İnpex şirkətini İrandan çıxarmaq fikrindədir
Yaponiya İnpex şirkətini İrandan çıxarmaq fikrindədir

ABŞ bunu Tehranın mübahisəli nüvə proqramını dayandırmadığı üçün edir

Yaponiya hökuməti Birləşmiş Ştatların İrana qarşı irəli sürdüyü sanksiyalara dəstək olaraq, özünün İnpex neft şirkətinin İranda fəaliyyətini dayandırmağı planlaşdırır. Yapon mediasının bildirdiyinə görə, ABŞ hökuməti İrana qarşı sanksiyalara qoşulan şirkətlər kimi İnpeks-dən İranın Azadegan neft layihəsindən çıxmağı xahiş edib. Birləşmiş Ştatlar Tehranın mübahisəli nüvə proqramını dayandırmadığı üçün təcrid etmək məqsədi ilə İranla əməkdaşlıq edən şirkətlərin işini dayandırmalarını istəyir.

İran Azadegan layihəsində əvvəlcə 75 faiz səhmə malik olan İnpex səhmlərini 2006-cı ildən 10 faizə endirdi. Yaponiyanın ticarət naziri Akihiro Ohata müxbirlərə İnpex-in yerdə qalan investisiyasını da çıxarmaq istədiyini deyib.

XS
SM
MD
LG