Yaponiyanın Baş naziri Yoşihide Suqa paytaxt ərazisində COVID-19 -a yeni yoluxmaların artması səbəbindən rəsmi olaraq Tokioda fövqəladə vəziyyət elan edib.
Yeni fərman iyulun 12-dən avqustun 22-ə dək qüvvədə olacaq ki, bu da Olimpiya Oyunlarının keçirildiyi tarixi əhatə edir.
Yeni fövqəladə vəziyyətlə əlaqədar olaraq ya tamaşıların sayı 5000-ə qədər azaldılacaq, ya da ki, tamaşaçıların oyunlara qatılması tamamilə qadağan ediləcək.
Keçən ay səhiyyə mütəxəssislərinin bütün tamaşıların qadağan edilməsinin “ən az riskli” seçim olduğuna dair tövsiyələrinə baxmayaraq, Olimpiya təşkilatçıları yalnız 10 min nəfər və ya bir məkanın 50 fazi tutumu qədər tamaşçı buraxılacağını bildirmişdi.
Xarici tamaşaçıların oyunlara qoşulması isə əvvəldən qadağan edilib.
Bölgə və hökumət rəsmiləri Olimpiya və Paralimpiya rəsmiləri ilə birgə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşdükdən sonra cümə axşamı və ya cümə günü tamaşaçılar barədə son qərarı verəcək.
Bax Tokioya cümə axşamı çatıb və artıq üç günlük karantindədir.
Hazırda Yaponiya COVID-19-a yoluxmaların dördüncü dalğası və yavaş gedən pevəndlənmə kampaniyası ilə mübarizə aparır. Vətəndaşların cəmi 15 faizi peyvəndlənib. Tokioda çərşənbə günü 920 yeni yoluxma halı qeydə alınıb ki, bu da may ayından bəri ən yükəsk göstəricidir.
Yoluxmaların artması Olimpiya Oyunlarına təsirsiz ötüşməyib. Belə ki, Tokionun şəhər rəhbərliyi çərşənbə günü Yaponiyanın paytaxtında COVID-19-a yoluxmaların artması səbəbindən ikonik Olimpiya məşəlinin ötürülməsi mərasiminin şəhərin ümumi yollarından kənarda həyata keçirəcəyini açıqlayıb. Estafet ötürən qaçışçılar məşəl şəhərə çatdıqdan sonra cümə günü mərasimi qapalı formada həyata keçirəcək.
Bundan əlavə təşkilat komitəsi ictimaiyyətdən oyunların son günlərində baş tutacaq marafon yarışlarına tamaşa etməmələrini xahiş edəcək.