Accessibility links

Yaponiyada itkin düşən qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib


Yaponiyada itkin düşən qadının cəsədini hissələrə bölməkdə şübhəli bilinən amerikalı turist həbs edilib.

Mediada verilən xəbərlərə görə, polis 26 yaşlı Yevgeni Vasilyeviç Bayraktarı fevralın 16-dan bəri itkin düşən qadını gizli yerdə saxlamaq şübhəsi əsasında saxlayıb.

Polisin qadının kəsilmiş başını Bayraktarın Osakada kirayə tutduğu evdə çamadanda aşkar etdiyi bildirilir.

Şübhəlinin qadının cəsədinin digər hissələri-bədəni, ayaqları və qollarının aşkar edilməsi üçün polisi Osaka və Kiotonun meşəlik yerlərinə göndərdiyi haqda məlumat verilib.

Media xəbərlərində bildirilir ki, təhlükəsizlik kamerası itkin düşməzdən bir gün əvvəl həmin qadının Bayraktar olduğuna inanılan bir şəxslə görüntülərini çəkib.

XS
SM
MD
LG