Accessibility links

Yaponiyada maqnit üzərində gedən qatarın sürəti saatda 603 kilometrə çatıb


Yaponiyada maqnit üzərində gedən qatar özünün qoyduğu dünya rekordunu aşaraq sürətini saatda 603 kilometrə çatdırıb.

Yaponiya Dəmiryolu Mərkəzinin rəsmiləri bildirib ki, maqnit üzərində işləyən qatar 11 saniyəlik sınaq zamanı saatda 600 kilometrdən çox məsafəni qət edib.

Dəmiryolu test mərkəzinin rəhbəri Yasukazu Endo deyib ki, operatorlar qatarın içərisində sərnişinlərin olduğunu simulyasiya etməklə qatarı sınaqdan çıxarıb.

Qatar maqnitlər üzərində bir neçə santimetr hündürdə, yerə toxunmadan hərəkət edir, elektromaqnitlər isə qatarı itələyir.

Yaponiya Dəmiryolu Mərkəzinin rəsmiləri ümid edir ki, bu texnologiya 2045-ci ilədək istifadəyə buraxıla bilər və Tokiyo ilə Osaka şəhərləri arasında səfər vaxtını bir saatdan bir qədər çox vaxta qədər yarıya kimi endirə bilər. Tokio ilə Naqoya arasında daha qısa yolun istifadəyə verilməsi 2020-ci ilin sonu üçün nəzərdə tutulub.

Rəsmilər deyib ki, sınağın məqsədi texnologiyanın hüdudlarını müəyyən etmək məqsədi daşıyır. Lakin onlar təəssüflə qatarın sürətinin saatda 500 kilometrə çatacağına ümid etdiklərini bildirib.

Yaponiyanın baş naziri Şinzo Abe bu texnologiyanın gələcəkdə ABŞ da daxil olmaqla digər ölkələrə satışının mümkün olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG