Accessibility links

ABŞ hərbi təyyarəsindəki 5 ekipaj üzvünün öldüyü elan edilib


Keçən həftə Birləşmiş Ştatların Hərbi Dəniz Piyadaları Donanmasının Yaponiya sahillərində toqquşaraq Sakit Okeana düşən iki təyyarəsinin itkin düşən 5 ekipaj üzvünün axtarışı dayandırılıb və hərbiçilərin beşinin də öldüyü elan edilib.

Hadisə keçən cümə axşamı Şikoku adasındakı Muroto Keyp yaxınlığında təlim keçən yanacaqdolduran KC-130 təyyarəsi ilə F/A-18 qırıcı təyyarəsinın toqquşması nəticəsində baş verib.

Qəzadan sonra qırıcı təyyarənin iki pilotunun xilas edilməsinə baxmayaraq, pilotlardan biri sonradan dünyasını dəyişib. Yanacaqdolduran KC-130 təyyarəsində isə beş nəfər olub.

Qəzanın səbəbləri araşdırılır.

XS
SM
MD
LG