Accessibility links

Yaponiyada koronavirusa yoluxma halları sürətlə artır


Çərşənbə günü Tokioda 144 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Şəhərin qubernatoru Yuriko Koike bunun pandemiyanın başlanmasından bəri bunun ən yüksək rəqəm olduğunu deyib.

NHK ictimai yayımının axşam xəbərlərində Yaponiyanın paytaxtında yoluxma hallarının ümumi sayının 1339, ölkə boyu isə 4688-ə yüksəldiyini bildirib.

NHK çərşənbə günü səhər saatlarında Yaponiyada ölümlərin sayinin 98 olduğunu deyib.

Yoluxanların sayı bir çox Avropa ölkəsi və ABŞ-a nisbətən xeyli azdır. Lakin bəzi ərazilərdə yoluxma hallarının davamlı şəkildə artması baş nazir Şinzo Abeni Tokio, Osaka və digər 5 prefekturada fövqəladə vəziyyət elan etməyə məcbur edib.

Yaponiyanın baş naziri Şinzo Abe Tokio və altı digər prefekturadada fövqəladə vəziyyət elan etmək qərarının insanları həyatlara və iqtisadiyyata ciddi təsir göstərən vəziyyətdən qorumaq ehtiyacına əsaslandığını deyib.

Bir ay davam edəcək fövqəladə vəziyyət rəsmilərə insanları evdə qalmağa çağırmağa imkan verəcək. Bundan əlavə hökümət 1 trilyon dollara yaxın yardım paketi təqdim edəcək.

Fövqəladə vəziyyət elan edildikdən bir gün sonra Tokio sakinləri dolu qatarlarla işə getməyə davam edib.

Tokiodakı mənzərələr Avropada polislərin küçələrdə patrul xidməti çəkməsi, Britaniya və Fransa kimi bəzi ölkələrdə dronlardan istifadə etməklə tətbiq olunan tədbirlərlə ziddiyyət təşkil edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG