Accessibility links

Tokioda fövqəladə vəziyyət aradan qaldırılıb


Yaponiyanın baş naziri Şinzo Abe ölkə boyu koronavirusa yoluxma halları azaldığına görə bazar ertəsi fövqəladə vəziyyət rejiminin qaldırıldığını bildirib. Lakin o, virusun yenidən yayılmağa başladığı halda bunun yenidən həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.

Mayın 14-də əksər bölgələrdə olduğu kimi Tokio və digər dörd bölgədə də məhdudiyyətlərin yüngülləşdirilməsi artıq bütün ölkə boyu sosial uzaqlaşma tədbirlərinin yüngülləşməsi demək olacaq.

Abe iki iqtisadi stimullaşma paketinin 200 trilyon yendən (1.86 trilyon dollar) çox olacağını bildirib. O deyib ki, yoluxma riski böyük və nəzarətdə saxlanmalı olduğu üçün normal həyata qayıtmaq xeyli vaxt aparacaq.

"Bu gün fövqəladə vəziyyətin ləğv edilməsindən sonra biz növbəti mərhələyə doğru ciddi addım atırıq" - deyə, o bildirib.

Abe Yaponiyanın koronavirusa qarşı mübarizə ilə bağlı problemlərlə üzləşdiyini etiraf edərək, pandemiya bitdikdən sonra araşdırma aparılacağını vəd edib. Bununla yanaşı, o, digər ölkələrdə tətbiq olunan ciddi karantin olmadan altı həftə ərzində yoluxmanı nəzarət altında saxlayan "Yaponiya modelini" yüksək qiymətləndirib.

NHK ictimai yayım şirkətinin bildirdiyinə görə, dünyanın üçüncü ən böyük iqtisadiyyatı olan bu ölkədə bu günə qədər 16,600-dən yoluxma, 839 ölüm halı qeydə alınıb. Lakin epidemiya ölkənin tənəzzülə uğraması və Abenin populyarlığının xeyli azalmasına gətirib çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG