Accessibility links

Yaponiya koronavirusa qarşı peyvənd proqramına başlayıb


Yaponiyada çərşənbə günü koronavirusa qarşı uzun müddətdir gözlənilən peyvənd proqramına başlanılıb.

İlk peyvəndlər Tokyo xəstəxanasına Pfizer-BioNTech peyvəndininn gətirilməsindən bir neçə saat sonra tətbiq edilib. Peyvəndin ilk dozalarını ölkədə təxminən 40 min həkim və tibb bacısı alacaq. Mart ayına qədər isə ümumilikdə 3.7 milyon tibb işçisininə, ondan sonra isə yaşı 65 və yuxarı olan təxminən 36 milyon vətəndaşa peyvənd vurulacaq.

Yaponiyada peyvənd proqramı yavaş irəliləyir, belə ki, səhiyyə orqanları iki dozalı Pfizer-BioNTech peyvəndindən istifadə edilməsini rəsmi olaraq bazar günü təsdiqləyib. Rəsmilər Pfizer-dən bir sıra ölkələrdə aparılan əvvəlki testlərə əlavə olaraq daha əlavə testlər keçirməsini istəyib. Ölkənin vaksinasiya naziri Taro Kono çərşənbə axşamı jurnalistlərə deyib ki, əlavə sınaqlar Yaponiya xalqını peyvəndin təhlükəsizliyinə əmin etmək üçün aparılıb.

Yaponiyada peyvənd vurdurmaq məcburi olmasa da Kono ön cəbhə işçilərinə və yaşlı insanlara tətbiq edilməli olduğuna inandığını dilə gətirib. O, gənclərin peyvənd alması üçün də planın hazırlanmalı və onları buna təşviq etməyin lazm olduğunu bildirib.

Yaponiya Pfizer-BioNTech ilə yanaşı milyonlarla dozada peyvənd almaq üçün AstraZeneca və Moderna şirkətləri ilə də müqavilələr imzalayib ki, bu, ümumilikdə 157 milyon insana çatmalıdır. Ölkə iyul ayında başlanacağı planlaşdırılan Tokio Yay Olimpiya Oyunlarına qədər kifayət qədər insanın peyvənd alacağına ümid edir.

Yaponiya dünyanın inkişaf etmiş Böyük Yeddilər (G7) qrupunun peyvəndə başlayan son üzvüdür.

Bu arada, ABŞ-ın Johnson & Johnson əczaçılıq şirkəti tərəfindən hazırlanmış yeni COVID-19 peyvəndinin təqribən 80 min dozası çərşənbə axşamı Cənubi Afrikanın Yohannesburq şəhərinə göndərilib. Hökumət tədqiqat işinin bir hissəsi olaraq, bu həftənin sonunda səhiyyə işçilərinə Johnson & Johnson peyvəndini tətbiq etməyə başlayacaq. Növbəti bir neçə həftə ərzində Cənubi Afrikaya ümumilikdə 500 min dozada peyvənd göndərilməlidir. Ölkəyə ümumilikdə Pfizer-BioNTech şirkətinin hazırladığı peyvəndin 20 milyon dozasının göndərəcəyi gözlənilir.

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı ölkədə 600 milyondan çox dozada koronavirus peyvəndinin hazır olacağını və iyul ayının sonuna qədər "hər bir amerikalının" peyvəndlə təmin ediləcəyini deyib. Bayden bu açıqlamaları CNN kanalının Viskonsin ştatının Milvoki şəhərindən televiziya ilə yayımladığı tədbirdə verib.

XS
SM
MD
LG