Accessibility links

Tokio Yay Olimpiya Oyunları məşəlinin estafetinə başlanır


2020-ci ildə təxirə salınmış Olimpiya Məşəlinin estafeti Tokio Yay Olimpiya Oyunlarına dörd ay qalmış, qlobal pandemiya dövründə ilk dəfə cümə axşamı Fukuşimada başlayacaq.

Təxminən 10 min qaçışçı hökumətin "Yenidənqurma Olimpiadası" mövzusunu vurğulayaraq, 2011-ci ildə təxminən 20,000 insanın ölümü ilə nəticələnən zəlzələ və sunaminin baş verdiyi bölgə və uzaq adalar da daxil olmaqla, məşəli 47 prefekturadan keçirəcək.

Məşəlin daşınmasının başlanğıc hissəsində böyük izdihamdan çəkinmək məqsədi ilə tamaşaçı olmayacaq. Yaponiya ölümcül virusla mübarizə apardığı və vətəndaşlarının peyvənd edilməsinə çalışdığı bir vaxt məşəli seyr etmək üçün yol kənarına toplaşan insanlardan maska taxmaları və sosial məsafə saxlamaları tələb olunacaq.

Digər yandan isə region rəsmiləri cümə axşamı Şimali Koreyanın ballistik olduğu guman edilən iki raket atdığını bildirib. Bunun ABŞ Prezidenti Co Baydenin yanvar ayında vəzifəyə başladığından bəri ilk belə sınaq olduğu bildirilib.

Yaponiyanın Baş naziri Yoşide Suqa jurnalistlərə deyib ki, hökumət təhlükəsiz oyunlara ev sahibliyi etmək üçün Tokio şəhərinin rəhbərləri və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq edəcək.

Məşəlin daşınması mərasimi Fukuşimanın istismardan çıxan nüvə stansiyasının yerində inşa edilən J-Vilic idman kompleksində başlayacaq.

Cümə axşamı Yaponiya milli qadın futbol komandasının üzvləri məşəli yandırmaq üçün Yunanıstandan gətirilən Olimpiya alovundan istifadə edəcək.

XS
SM
MD
LG