Accessibility links

Yaponiya və Çinin səhm birjalarında qiymətlər kəskin düşüb


Çərşənbə axşamı ABŞ bazarlarında səhmlərin satışlarından sonra Yaponiya və Çinin səhm birjalarında qiymətlərin kəskin düşməsi yaşanıb.

Nikkei təxminən beş faiz, Shanghai Composite Index isə təxminən iki faiz azalıb.

Bazar ertəsi satışlarında S & P 500 şirkəti iki faizdən çox, Dow şirkəti isə təxminən üç faiz azalıb.

ABŞ prezidenti Donald Tramp qiymətlərin düşməsinə və digər iqtisadi problemlərə görə Mərkəzi bankı günahlandırıb.

Bəzi iqtisadçıların sözlərinə görə, Trampın əsas ticarət tərəfdaşlarına tariflərin tətbiqi səbəbilə investorların da etimadı sarsılıb.

Ticarət xərclərinin artması ticarətin azalmasına gətirib çıxara bilər, ticarətin azalması isə mal və xidmətlərə olan tələbatın azalmasına səbəb ola bilər ki, bu da iqtisadi artımı ləngidər.

XS
SM
MD
LG