Accessibility links

Yaponiyanın bəzi bölgələrində 30 günlük fövqəladə vəziyyət elan edilib


Yaponiyanın baş naziri Şinzo Abe ölkənin bəzi bölgələrində 30 günlük fövqəladə vəziyyət elan edib.

Baş nazir bu haqda bəyanatı bazar ertəsi koronavirusla bağlı operativ qərargah üzvləri ilə görüşdən sonra televiziya çıxışı zamanı verib.

Abe fövqəladə vəziyyətin Tokio, mərkəzi Osaka şəhəri də daxil edilməklə, 6 prefektoriyaya şamil ediləcəyini deyib.

Bu qərar yerli rəsmilərə vətəndaşların evdə qalmaları, məktəblər və bizneslərin bağlanmasına göstəriş vermələrinə şərait yaradacaq.

Yaponiyanın vətəndaş azadlıqlarına üstünlük verən konstitusiyasına görə, hökumət məcburi karantin elan edə bilməz.

Abe pandemiyanın səbəb olduğu iqtisadi tənəzzüllə mübarizəyə 990 milyard dollar ayrıldığını da bəyan edib. Buraya kiçik bizneslər və ailələrə yardım məqsədi ilə 55 milyard dollar da daxildir.

Baş nazir fövqəladə vəziyyət elan etmək istəmirdi. Lakin Tokioda yeni 143 yoluxma halı onu buna vadar edib. Bu, bir gündə ən böyük yoluxma halı olub.

Paytaxtda hazırda 100-dən çox adamın virusa yoluxduğu bildirilir.

Ölkə boyu 3500 yoluxma halı təsdiqlənib. 70 nəfər həyatını itirib.

XS
SM
MD
LG